AZ

Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb

Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.

Hakan Karataş və Hidayət Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.

Seçilən
19
12
xalqqazeti.az

10Mənbələr