AZ

Azərbaycanlı deputatlar Türkiyədə finala çıxdılar: Yalnız qələbə haqda düşünürük

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin Antalya şəhərində parlamentlərarası beynəlxalq futbol turniri keçirilir. Yarışda Azərbaycan Milli Məclisinin deputatlarından ibarət komandası da iştirak edir.Azərbaycanlı parlamentarilər ikinci oyunda Şimali Kipr komandasını 3:0 hesbı ilə məğlub edərək qrup birincisi kimi finala yüksəlib. Sabah ölkəmizi təmsil edən deputatlar final oynuna çıxacaqlar.

Komandanın kapitanı Fazil Mustafa indiyədək keçirilən oyunlar və sabahkı final maçı ilə bağlı Modern.az-ın suallarına cavab verib.

O bildirib ki, bu turnir ilk dəfə olaraq TÜRKPA-ya daxil olan dövlətlərin parlamentariləri arasında keçirilir:“Yarışda deputatlar və parlamentdə təmsil olunan digər şəxslər iştirak edir və bu, türk dövlətləri arasında həm idman, həm də dostluq münasibətlərinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.F.Mustafa qeyd edib ki, əvvəlki illərdə bu cür yarışlara Avropa ölkələri də qatılırdı, lakin builki turnirin əsas fərqi yalnız türk dövlətlərinin iştirakı ilə keçirilməsidir. “Bu dəfə yarış sırf türk dövlətləri arasında təşkil olunub və 6 komanda mübarizə aparır”, – deyə o vurğulayıb.Deputat bildirib ki, Azərbaycan komandası əvvəlcə Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, daha sonra Şimali Kipr Türk Respublikasını 3:0 hesabı ilə məğlub edərək qrup birincisi kimi finala yüksəlib. O əlavə edib ki, sabah keçiriləcək final oyununda Azərbaycan - Türkiyə qarşılaşması baş tutacaq.“Bu, türk dövlətləri arasında dostluq oyunu kimi qiymətləndirilməlidir. Eyni zamanda, parlamentarilərin idmana verdiyi dəstəyi göstərir”, - o vurğulayıb.Sabahkı oyunla bağlı danışan deputat deyib ki, komandada əsas məqsəd qələbə qazanmaqdır: “Meydana çıxanda yalnız qələbəni düşünürük. Nəticə fərqli ola bilər, çünki biz peşəkar futbolçu deyilik. Amma komandadakı hər kəs böyük inamla oynayır”.Fazil Mustafa komandanın üzvü deputat Kamran Bayramovun çıxışını xüsusi qeyd edərək bildirib ki, o, son oyunda 3 qol vurub. Fazil Mustafanın sözlərinə görə, hər bir komanda üzvü Azərbaycanı layiqincə təmsil etmək üçün maksimum səy göstərir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
modern.az

1Mənbələr