AZ

VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb

Bakı. Trend:

VTB (Azerbaijan) Azərbaycan Banklar Assosiasiyası tərəfindənkeçirilən “Bankçılıq mükafatları – 2025” mükafatının beş nominasiyaüzrə mükafatlandırılıb.

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyatakeçirilən “Bankçılıq Mükafatları – 2025” təşəbbüsü çərçivəsindəbank sektorunda müxtəlif istiqamətlər üzrə təltif edilməsi prosesisona çatıb. ABA-ya üzv təşkilatların fəaliyyətinin obyektiv vəhərtərəfli dəyərləndirilməsi məqsədilə təşkil olunan bu prosesçərçivəsində kommersiya banklarının fəaliyyəti, xüsusilə korporativsosial məsuliyyət, maliyyə savadlılığının təşviqi, rəqəmsaltransformasiya və digər mühüm sahələr üzrə həyata keçirdikləritəşəbbüslər dəyərləndirilir..

Assosiasiyanın ekspert şurası VTB (Azərbaycan) bankını“Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığınındəstəkçisi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dairmaarifləndirmə layihələri”, “Təhsil dəstəkçisi”, həmçinin“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyaları üzrəqalib elan edib.

“Bankçılıq mükafatları” hər il Azərbaycan Banklar Assosiasiyasıtərəfindən maliyyə institutlarının əvvəlki il üzrə fəaliyyətnəticələrinin təhlili əsasında təqdim olunur. Bu mükafat müstəqilsahə göstəricisi kimi çıxış edir və ABA-nın ictimai reytinqlərininformalaşdırılmasında nəzərə alınır. Həmin reytinqlər isə həm fərdimüştərilər, həm də korporativ tərəfdaşlar tərəfindən bank seçimizamanı əsas istinad mənbələrindən biri hesab olunur.

VTB (Azərbaycan) 2009-cu ildən etibarən bazarda fəaliyyətgöstərir və ölkənin sistem əhəmiyyətli banklarından biridir.Qazanılan mükafatlar bankın yalnız ənənəvi bankçılıq fəaliyyətinədeyil, həm də qeyri-maliyyə təşəbbüslərinin — rəqəmsal savadlılıqproqramları, təhsil layihələri, ESG transformasiyası və sosialməsuliyyət istiqamətlərinin inkişafına yönəlmiş strategiyasınıneffektivliyini təsdiqləyir.

Məqalədə:
Seçilən
37
az.trend.az

1Mənbələr