AZ

Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat

Zaur Kərimov Azərbaycanda Amerika Ticarət Palatasında (“AmCham Azərbaycan”) icraçı direktoru vəzifəsinə təyin edilib.

Qərar, Zaur Kərimovun təşkilat daxilində keçdiyi peşəkar yol və topladığı idarəetmə təcrübəsi fonunda verilib.

O, 2007-ci ildən bəri müxtəlif vəzifələrdə çalışaraq Palatanın fəaliyyət istiqamətlərində və əlaqələr sistemində iştirak edən əsas simalardan biri olub.

Peşəkar fəaliyyətinə hotel sektorunda başlayan Zaur Kərimov 2002–2007-ci illərdə “Hyatt Regency Baku”da çalışaraq maliyyə və əməliyyat sahələrində ilkin idarəetmə təcrübəsi qazanıb, xidmət və daxili proseslərin koordinasiyası ilə bağlı praktiki biliklərini formalaşdırıb. Sonrakı mərhələdə fəaliyyətini “AmCham Azərbaycan”da davam etdirən Kərimov müxtəlif vəzifələrdə çalışaraq təşkilatın gündəlik əməliyyatlarının təşkili, daxili idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və biznes əlaqələrinin sistemli şəkildə inkişaf etdirilməsi proseslərinə iştirak edib.

İcraçı direktor kimi onun prioritetləri biznes mühitini dəstəkləyən layihələrin inkişafı və ölkədaxili və beynəlxalq biznes əlaqələrinin daha da möhkəmləndirilməsi olacaq.

Zaur Kərimov 1993–1998-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb, 1999-cu ildə hərbi xidmətini başa vurub. Ailəlidir, üç övladı var.

“AmCham Azərbaycan” ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri bir araya gətirən əsas biznes platformalarından biri olaraq biznes mühitinin inkişafına yönəlmiş təşəbbüslərlə çıxış edir.

ZaurKərimovAmChamAzərbaycanicraçidirektorAmerikaTicarətPalatasıpeşəkarfəaliyyətidarəetmətəcrübəsihotelsektoruHyattRegencyBakumaliyyəəməliyyatişlətməlayihələrbiznesəlaqələriAzərbaycanMemarlıqvəİnşaatUniversitetibiznesplatformayerlivəbeynəlxalqşirkətlər
Seçilən
12
marja.az

1Mənbələr