AZ

Fiaskodan sonra Qattuzo bu addımı atdı

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən istefa verib.

Publika.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) mətbuat xidməti məlumat yayıb.

Martın 31-də italiyalılar 2026-cı il dünya çempionatına çıxmaq üçün play-off oyununda Bosniya və Herseqovina millisinə məğlub olub (1:1, penaltilərlə 1:4). Bu nəticə ilə İtaliya millisi ardıcıl üçüncü dəfə Dünya Çempionatını buraxacaq.

Qeyd edək ki, Qattuzo komandaya 2025-ci ilin yayından rəhbərlik edirdi. 48 yaşlı mütəxəssisin rəhbərliyi altında milli komanda 8 oyun keçirib, bunlardan 6-sında qələbə qazanıb və 2-də məğlub olub.

Seçilən
20
publika.az

1Mənbələr