AZ

Tramp İranda vurulacaq yeni hədəfləri açıqladı - razılaşma olmasa...



İran rejimini razılığa gəlməyə çağıran ABŞ prezidenti Donald Tramp yeni təhdidlər səsləndirib. Ordunun hələ böyük hücuma başlamadığını deyən Tramp, növbəti hədəfin körpülər və elektrik stansiyaları olacağı mesajını verib.

"Dünyanın ən böyük və ən güclü ordu qüvvələri olan ordumuz İranda qalanları məhv etməyə hələ başlamayıb. Növbəti hədəfimizkörpülər, sonra isə elektrik stansiyaları olacaq. Yeni rejimin liderləri nə edilməli olduğunu bilirlər və bu, tez bir zamanda həll edilməlidir" – deyə Tramp sosial media hesabında bildirib.

Tramp həmçinin iddia edib ki, əgər müharibəyə son qoymaq qərarına gəlsə, İsrail buna əməl edəcək.

Tahir TAĞIYEV

Seçilən
29
baki-xeber.com

1Mənbələr