AZ

Makron: Məqsədimiz dominant güclərin peyk dövləti olmamaqdır

Makron: Məqsədimiz dominant güclərin peyk dövləti olmamaqdır

Fransa Prezidenti Emmanuel Makron ABŞ və Çini nəzərdə tutaraq, "Məqsədimiz iki dominant gücün vassalları (peyk dövlətləri) olmamaqdır" deyib.

AFN.az xəbər verir ki, Makron Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində paytaxt Seuldakı Yonsei Universitetində tələbələrlə bir araya gəlib.

Qlobal arenada üçüncü bir yolun mümkün olduğuna işarə edən Makron, "Çinin dominantlığından asılı olmaq istəmirik, ABŞ-ın qeyri-müəyyənliyinə məruz qalmaq istəmirik" ifadələrini işlədib. O, Fransa və Cənubi Koreya kimi demokratiyaların birlikdə həyata keçirəcəyi çox sayda işin olduğunu bildirərək, bu əməkdaşlığın təməlində müstəqil bir proqramın dayandığını vurğulayıb.

Makron "İranla bağlı məsələlərin yalnız bombardmanlarla həll edilməsinin qeyri-mümkün olduğunu" qeyd edərək, xarici müdaxilələrin "Pandora qutusunu açmaq" mənasına gəldiyini müdafiə edib. O, həmçinin beynəlxalq nizamın aparıcı ölkələr tərəfindən təhlükəyə atıldığını diqqətə çatdırıb.

Səfər çərçivəsində Makron Cənubi Koreya Prezidenti Li Ce Myunq ilə də bir araya gəlib. Görüş nəticəsində Fransa ilə Cənubi Koreya arasındakı münasibətlər ümumi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Emmanuel Makron hər cür hegemonluğa qarşı çıxan bir koalisiyaya inandıqlarını ifadə edib.

Seçilən
24
13
afn.az

10Mənbələr