Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Dron düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.
Vilayət rəhbəri qeyd edib ki, Xarkova hücumlar artıq üç gündür davam edir.