AZ

DÇ 2026 nın finalının biletləri BAHALAŞIR: Qiymətlər açıqlandı

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının həlledici final matçı üçün bilet qiymətlərində ciddi artıma gedib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, azarkeşlər final qarşılaşmasını ən yaxşı yerdən izləmək üçün artıq 10 990 dollarından keçməli olacaqlar. Qeyd edək ki, bu biletin əvvəlki qiyməti 8 680 dollar təşkil edirdi.

Artım digər kateqoriyalara da təsirsiz ötüşməyib. Belə ki, ikinci kateqoriyalı biletlərin qiyməti 5 575 dollardan 7 380 dollara, üçüncü kateqoriya üzrə isə 4 185 dollardan 5 785 dollara qədər yüksəlib.

Xatırladaq ki, dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı İst-Raterford şəhərində təşkil olunacaq.

Ümumilikdə isə 2026-cı ilin dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın yaşıl meydanlarında baş tutacaq. Bu mundial özəlliyi ilə də seçiləcək - final mərhələsində ilk dəfə olaraq 48 milli komanda çempionluq uğrunda mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
4
avtosfer.az

5Mənbələr