AZ

"AGF Trophy 2026" beynəlxalq turnirinin ilk günü uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

3–5 aprel tarixlərində Milli Gimnastika Arenası-da keçirilənbədii gimnastika üzrə "AGF Trophy 2026" beynəlxalq turnirinin ilkgünü uğurla başa çatıb.

Trend xəbər verirki, yarışın ilk günündə gənclər və böyüklər yaş kateqoriyasına aidgimnastlar fərdi proqramda halqa və top alətləri ilə, qruphərəkətləri proqramında isə 5 top ilə çıxışlarını nümayişetdiriblər.

Turnirdə Azərbaycanı Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhərİbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı vəGülnur Məmmədli təmsil edir.

İlk günün təsnifat mərhələsinin nəticələrinə əsasən, halqa iləproqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramdaisə Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva finalmərhələsinə vəsiqə qazanıblar.

15 ölkənin iştirak etdiyi turnirə 5 aprel tarixində yekunvurulacaq.

Seçilən
48
8
az.trend.az

10Mənbələr