AZ

Bahalaşmanın səbəbi açıqlandı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki, bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin, südün, yumurtanın bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir. Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatın yaradılması faydalı ola bilər. Hər bir müəssisə, təşkilat 50-100 hektar torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı düşməsinə, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları, ət, süd, tərəvəzlə təmin olunmasına kömək etmiş olar.İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri də Tarif Şurası tərəfindən atılan addımlardır:“Şuranın dizel yanacağı və benzinin qiymətlərini mütəmadi artırması, eyni zamanda kommunal xərclərin yüksəlməsi istehsalın maya dəyərinə birbaşa təsir göstərir. Kommunal qazın və digər enerji resurslarının bahalaşması sahibkarların xərclərini artırır. Nəzərə almaq lazımdır ki, Tarif Şurası hökumət üzvlərindən ibarət olan qurumdur və qəbul etdiyi qərarlar iqtisadi mühitə birbaşa təsir edir. Təsərrüfat məhsullarının qiymətinin aşağı düşməsi üçün sahibkarın xərclərinin də aşağı olması lazımdır. Lakin Azərbaycanda sahibkarlar da ümumi inflyasiya mühitində fəaliyyət göstərirlər. Daşıma xərcləri artır, əməkhaqqı yüksəlir, istehsal və enerji xərcləri bahalaşır. Belə olan halda sahibkarın xərcləri artırsa, o da bu xərcləri məhsulun qiymətinə əlavə etməyə məcbur qalır. Əks halda, sahibkar zərərə düşər və fəaliyyətini davam etdirməkdə çətinlik çəkər”.O qeyd edib ki, qiymət artımına dünya bazarındakı dəyişikliklər də təsir edir:“Yerli bazarda yalnız yerli məhsullar deyil, idxal olunan mallar da mövcuddur. İdxal məhsullarının qiyməti qalxdıqca, bazarda rəqabət şəraitinə uyğun olaraq yerli məhsulların da qiyməti yüksəlir. Hazırkı şəraitdə qiymətlərin azalması üçün real əsas görünmür. Çünki atılan bir çox qərarlar əksinə, qiymət artımını stimullaşdırır. Məsələn, parlament bu məsələ ilə bağlı daha çox fikir bildirə bilər, lakin qiymətlərin tənzimlənməsi səlahiyyəti əsasən Tarif Şurasının qərarlarından asılıdır. Yanacaq və enerji qiymətləri artdıqca, bunun digər məhsulların qiymətinə təsir edəcəyi əvvəlcədən də aydın idi. Dövlət qiymətlərin ucuzlaşmasını istəyirsə, əsas addımlardan biri idxal olunan məhsullara tətbiq edilən əlavə dəyər vergisinin və gömrük rüsumlarının azaldılması və ya ləğv edilməsi ola bilər. Lakin hazırda belə addımlar atılmır. Mövcud qərarlar isə daha çox qiymətlərin artmasına səbəb olan amilləri gücləndirir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
demokrat.az

1Mənbələr