AZ

ABŞ nin altıncı nəsil F 47 qırıcısının ilk uçuşunun tarixi açıqlandı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin Konqresə təqdim etdiyi ABŞ-nin 2027-ci maliyyə ili üçün hərbi büdcə layihəsində qeyd olunur.

Sənəddə bildirilir ki, 2027-ci il üçün büdcə sorğusunda 2028-ci ildə ilk uçuşunu reallaşdırmalı olan "F-47" qırıcısının operativ hazırlanması və istehsalına xüsusi diqqət ayrılması davam etdiriləcək.

Məlumata görə, "F-47" qırıcısının uçuş mənzili 1 000 dəniz milindən (1852 km) çox ola bilər ki, bu da əvvəlki modellərlə müqayisədə xeyli yüksək göstəricidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
2
oxu.az

3Mənbələr