AZ

“İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd etdi” − “Fars”


“Aprelin 2-si ABŞ vasitəçi köməyi ilə İrana iki günlük atəşkəs təklif edib. Tehran bu təklifə hücumlarının intensivliyini artırmaqla cavab verib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, təklif İran İslam Respublikasının hərbi potensialının səhv qiymətləndirilməsi səbəbindən ABŞ Silahlı Qüvvələri üçün ciddi problemlərdən sonra irəli sürülüb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun silahlı münaqişəyə son qoymaq üçün “yeni, daha ağlabatan” İran hakimiyyəti ilə danışıqlar apardığını iddia edib.
İslam Respublikasının Xarici İşlər Nazirliyi dəfələrlə Amerika liderinin açıqlamalarını təkzib edərək qeyd edib ki, Tehran vasitəçilər köməyi ilə bir neçə ABŞ təklifi alıb və bu təkliflər “məntiqsiz” və “həddindən artıq sərt” olub.
Seçilən
28
34
yeniavaz.com

10Mənbələr