I Liqada 20-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
"Şahdağ Qusar" "Şimal"a qalib gəlib. Lider "Şəfa" isə büdrəyib. Komanda "Mingəçevir"ə uduzub.
"Şahdağ Qusar” – “Şimal” 1:0
Qol: A.Kulibali, 4
Şamaxı OİK stadionu
“Mingəçevir” – “Şəfa” 5:2
Qollar: E.Mustafayev, 6, K.Kalunqa, 50, T.Qarayev, 86, 90+5, A.Usman, 88 - E.Zamanov, 55-pen; A.Ebrahimzade, 90
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
2 aprel (cümə axşamı)
MOİK – “Cəbrayıl” - 2:1
“Zaqatala” – “Difai” - 1:0
“Səbail” – “Bakı Sportinq” - 1:0
