AZ

Bakı sakini ağır ailə itkisindən danışdı: Yoldaşım üçün sanki dünya qaraldı VİDEO

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Bakı sakini Lətifə Musayeva olub.

O, ailəsinin yaşadığı ağır itkidən - 21 yaşlı qızının qəfil vəfatından və bu dərdə dözə bilməyən həyat yoldaşının taleyindən söz açıb.

"Qızım 21 yaşında, toyda rəqs etdiyi yerdə qəfildən ürəyi dayanaraq vəfat etdi. Bu hadisədən sonra yoldaşım üçün sanki dünya qaraldı. Bu dərdə dözə bilmədi, çox keçmədən o da dünyasını dəyişdi", - deyə Lətifə Musayeva bildirib.

Bakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEO

Bakı sakini həmçinin gəlin-qayınana münasibətlərinə toxunaraq böyüklərin gənclərə qarşı daha səbirli və anlayışlı olmasının vacibliyini vurğulayıb:

"Bəzi qayınanalar hər xırda məsələyə müdaxilə edirlər. Başa düşmək lazımdır ki, əgər bir qızı gəlin gətirmisənsə, o artıq sənin də övladın sayılır. Həyatda hər şey ola bilər, böyük kimi bəzi məsələlərə göz yummağı bacarmaq lazımdır. Çünki onlar hələ cavandırlar".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
oxu.az

1Mənbələr