AZ

Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?

Mütəxəssislər xəbərdarlıq edir ki, gecə vaxtı güzgüyə uzun müddət baxmaq psixoloji və fizioloji təsirlərə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, gecə işığında güzgü insan gözündə əks olunan işığı qeyri-adi şəkildə əks etdirir ki, bu da beyni həyəcanlandırır və yuxu rejimini poza bilər.

Psixoloqlar bildirir ki, bu zaman insan öz əksini daha çox diqqətlə izləyir və nəticədə qorxu və narahatlıq hissləri artır. Bu da xüsusilə tək yaşayanlar və ya gecələr gec qalan insanlar üçün daha çox təhlükəli ola bilər.

Həkimlər tövsiyə edir ki, gecə vaxtı güzgüyə uzun müddət baxmaqdan çəkinmək, otağın işığını azaltmaq və yuxu rejimini qorumaq sağlamlıq üçün faydalıdır.

Əlavə olaraq, bəzi hallarda gecə güzgüyə baxmaq vizual halüsinasiyalara və stressin artmasına da səbəb ola bilər ki, bu da gündəlik həyatın keyfiyyətini aşağı sala bilər. 

Asya
Milli.Az 

Seçilən
9
1
milli.az

10Mənbələr