AZ

İran Hörmüz boğazında keçidi ölkələrə görə məhdudlaşdırır

Bakı, 4 aprel, AZƏRTAC

İran hakimiyyəti Hörmüz boğazında gəmiçiliyin idarə olunması məqsədilə və Tehranla münasibətlərin səviyyəsindən asılı olaraq müxtəlif ölkələrdən gələn gəmilərin keçidini tənzimləyən sistem hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, İranın hazırladığı sxem bütün dövlətləri üç kateqoriyaya bölür: “düşmən”, “neytral” və “dost”. Birinci kateqoriyaya aid ölkələrə Hörmüz boğazından istifadə qadağan ediləcək, “neytral” dövlətlərdən gələn gəmilərə yüksək rüsumlar tətbiq olunacaq, “dost” ölkələrə isə boğazdan sərbəst keçid imkanı veriləcək.

Tehran tərəfindən müəyyən edilən bu üç kateqoriyanın tam siyahısı açıqlanmayıb. Lakin telekanalın məlumatına görə, Körfəzin demək olar ki, bütün ərəb ölkələri “neytral” və ya “düşmən” kimi təsnif edilir. İranın planına əsasən, bu ölkələr ya “əhəmiyyətli rüsumlar” ödəməli olacaq, ya da onların Hörmüz boğazından keçidi tamamilə qadağan ediləcək.

Seçilən
56
50
azertag.az

10Mənbələr