Bakı. Trend:
Pentaqon İranın zərbələri səbəbindən ABŞ qoşunlarını YaxınŞərqdəki bəzi hərbi bazalardan təxliyə edib.
Trend xəbər verirki, bu barədə Milli İctimai Radio (NPR) məlumat yayıb.
Məlumata görə, İranın Bəhreyndə yerləşən bazaya raket vədronlarla zərbə endirməsindən sonra yüzlərlə dənizçi ABŞ-a təxliyəolunub. Bölgədəki digər Amerika bazalarından da təxliyələr həyatakeçirilib, lakin bununla bağlı ətraflı məlumat açıqlanmayıb.
Bildirilir ki, Bəhreyn bazasından təxminən 1500 hərbçi vəonların ailə üzvləri çıxarılıb. ABŞ-İsrail hərbi əməliyyatındanəvvəl həmin bazada təxminən 8000 hərbçi xidmət edirdi.