AZ

Vatsap və İnstaqram bağlanır? İranın yeni həmləsi dünyada narahatlıq yaratdı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran ABŞ-la mümkün eskalasiya fonunda hədəf siyahısı açıqlayıb. Siyahıda “Apple”, “Google”, “Microsoft” kimi iri texnologiya və sənaye şirkətləri yer alıb. Həmçinin SEPAH Bəhreyndə “Amazon” şirkətinə məxsus data mərkəzinə zərbə endirib. Eyni zamanda, İran mediası İlon Maskın “Starlink” sisteminin də “qanuni hədəf” hesab edildiyini bildirib.

Bu texnologiya nəhənglərinə hücum dünyada hansı effekti yaradacaq və insanların günlük həyatına necə təsir edəcək?

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bu, təkcə şirkətlərə yox, hər kəsə təsir edə biləcək məsələdir:

“Çünki bu şirkətlər bizim gündəlik həyatımızın bir hissəsidir. Telefonlarımız, sosial şəbəkələr, e-poçtlar, hətta işlətdiyimiz bir çox sistemlər bu platformalardan asılıdır. Mümkün hücumlar baş verərsə, insanlar bunu birbaşa hiss edəcək. İnternetdə yavaşlama, bəzi tətbiqlərin işləməməsi, ödənişlərdə gecikmə kimi problemlər yarana bilər. Məsələn, “Instaqram” və ya “Vatsap” kimi tətbiqlərin müvəqqəti dayanması mümkündür”.

Ekspert bildirib ki, bu şirkətlər yalnız proqram deyil, həm də böyük texnoloji sistemlərin əsasını təşkil edir:

“Ona görə də problem yaranarsa, bu, bizneslərə, xidmətlərə və hətta bəzi ölkələrdə gündəlik həyata təsir edə bilər. Həmçinin “Starlink” kimi peyk internet xidmətlərinin də risk altında olması qaçılmazdır. Belə xidmətlər bəzi yerlərdə insanların internetə çıxışı üçün çox vacibdir. Onların dayanması isə ciddi çətinliklər vəd edir”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
107
globalinfo.az

1Mənbələr