AZ

NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımladı

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Aya doğru yola düşən "Orion" kosmik gəmisinin ekipajı tərəfindən çəkilmiş Yerin ilk şəkillərini yayımlayıb.

Publika.az xəbər verir ki, qurumun saytında dərc olunan fotolardan birində Yer Günəşi örtdüyü anda tam şəkildə əks olunub.

Məlumata görə, bütün görüntüləri NASA astronavtı Rid Vaysman çəkib.

Xatırladaq ki, "Artemis II" missiyası çərçivəsində "Orion" gəmisini daşıyan "SLS" daşıyıcı raketi çərşənbə günü Bakı vaxtı ilə saat 01:35-də Floridadakı Con Kennedi Kosmik Mərkəzinin meydançasından start götürüb. Astronavtlar Rid Vaysman, Kristina Kuk, Viktor Qlover və kanadalı astronavt Ceremi Hansen Ayın səthindən təxminən 8 min km məsafədə onun ətrafında dövrə vuracaq, bundan sonra isə Yerə qayıdacaqlar. Missiya təxminən 10 gündə başa çatacaq.

Seçilən
59
3
publika.az

4Mənbələr