AZ

Tramp "Alkatras" həbsxanasının bərpası üçün 152 milyon dollar tələb edib

ABŞ Prezidenti Donald Tramp 2027-ci ilin büdcə layihəsində Alkatras adasındakı ciddi rejimli həbsxananın bərpası üçün Konqresdən 152 milyon dollar tələb edib.

"Far.Az" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti büdcə sənədinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu təşəbbüs köhnəlmiş həbsxanaların modernləşdirilməsi proqramına daxil edilib və ilk dəfə 2025-ci ildə Tramp tərəfindən irəli sürülən ideyanın reallaşdırılması istiqamətində ən konkret addımdır.

Bununla belə, layihə bir sıra çətinliklərlə üzləşib. "Alkatras" məşhur turizm obyekti olaraq qalır, onun 60 ildən artıqdır istifadə olunmayan infrastrukturu isə əhəmiyyətli dərəcədə dağılıb.

Nəşrin yazdığına görə, San-Fransisko hakimiyyəti həbsxananın bərpası ideyasını "qeyri-ciddi" hesab edir.

Seçilən
52
8
far.az

9Mənbələr