AZ

Tramp Alkatraz həbsxanasının bərpası üçün 152 milyon dollar istəyib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp 2027-ci il büdcə təklifinin birhissəsi olaraq, San-Fransisko körfəzində yerləşən Alkatrazadasındakı maksimum təhlükəsizlikli həbsxananın yenidən qurulmasıüçün Konqresdən 152 milyon dollar tələb edib.

Trend xəbər verirki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, büdcə təklifinə Alkatrazı da əhatə edən“köhnəlmiş həbsxanaların” modernləşdirilməsi planının daxiledilməsi Trampın bu ideyanı ilk dəfə 2025-ci ildə irəli sürməsindənsonra atılan ən konkret addım hesab olunur.

Bununla belə, təşəbbüs müəyyən çətinliklərlə üzləşir. Qəzet qeydedir ki, Alkatraz hazırda məşhur turizm məkanıdır. Eyni zamanda, 60ildən artıqdır istifadə olunmayan həbsxananın infrastrukturu ciddişəkildə köhnəlib və bərbad vəziyyətdədir.

Seçilən
58
8
az.trend.az

10Mənbələr