AZ

"Məsud Pezeşkianın Azərbaycana dəstəyə görə minnətdarlığını yüksək qiymətləndiririk, həmişə bir yerdə olacağıq"

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Prezidentin “X” sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.

Seçilən
21
18
fed.az

10Mənbələr