AZ

Moskvanın mərkəzində silahlı insident

Modern.az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın paytaxtı Moskvanın mərkəzində bir nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.

Modern.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hadisə Solyanka küçəsində baş verib.

Məlumata görə, məişət zəminində iki kişi arasında mübahisə yaranıb və bu zaman hadisə yerində olan insanlar atəş səsləri eşidiblər. Şahidlərdən biri binadan qaçaraq çıxıb və münaqişə iştirakçılarından birinin yaralı formada asfalt üzərində uzandığını görüb.

Yaralı xəstəxanaya göndərilib. Şübhəli şəxs saxlanılıb.

Kişinin siqnal fişəngi atan tapançadan atəş açdığı bildirilir. O, bardan qaçaraq çıxıb və havaya atəş açıb. Bunu döyüş tapançası hesab edən yoldan keçənlərdən biri onun üzərinə hücum edib.

Rusiya Daxili İşlər Nairliyi hələ ki, məlumatı təsdiqləməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
22
modern.az

10Mənbələr