AZ

İran terrorçuluqda təqsirli bilinən iki şəxsi edam etdi FOTO

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda “Mücahidinə Xalq” qruplaşmasının terrorçuluqda təqsirli bilinən iki üzvü edam edilib.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, müxalif İran Xalq Mücahidləri Təşkilatının üzvləri Əbolhəsən Montazer və Vəhid Bani-Amaryanı edam olunublar. Onların ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra Tehranda icra olunub. Şəxslərin paytaxtda silahlı hücumlar və partlayışlar törətdiyi, həmçinin qruplaşmanın maliyyələşdirilməsi və gizli fəaliyyətinin təşkilində iştirak etdiyi qeyd edilib.

Onlar növbəti hücuma hazırlaşarkən saxlanılıb və məhkəmə tərəfindən silahlı üsyan, milli təhlükəsizliyə qarşı sui-qəsd və terror fəaliyyətlərində təqsirli biliniblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
6
modern.az

10Mənbələr