Adelet.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Elə ixtisaslar var , məzunlar ali məktəbi bitirəndən sonra iş tapa bilmirlər. Və iş tapmaq da sözün həqiqi mənasında bu gün çox çətindir!
Xüsusilə də müəllimlik peşəsində . Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var. İlk növbədə tələbə dörd il oxuyur, amma onu heç bir qurum işlə təmin etmir. Deyirlər ki, get, Dövlət İmtahan Mərkəzinin yeni sınağından keç.Müəllim peşəsini seçənlər Elm və Təhsil Nazirliyinin imtahanın dan keçməlidir. Bu imtahandan keçənlər az olmur. Keçənlər sevinirlər və ikinci bir mərhələni adlamaq üçün yenidən müsahibədən , yəni söhbətdən adlamalıdırlar.
Bu isə işədüzələnin yenidən incidilməsi deməkdir. Əgər hər hansı ali məktəbi bitirmiş gənc əsas imtahandan keçibsə, müsahibəyə, söhbətə nə ehtiyac? Görünür, bu üsul onlar işə götürməmək üçün bir bəhanədir! Əgər müəllim kimi bütün məzunlar işə düzələ bilmirsə, onda qəbul imtahanları zamanı ali məktəblər çoxlu sayda yer ayrılmasına elə bir ehtiyac varmı? Bax bu suala ali məktəblərə müəllim ixtisası üzrə yer ayıran qurumlar düşünməlidir.
Respublikamızda ali məktəbi bitirib , həmin ildə müəllim işləyənlərin sayı heç yüzlərlə ölçülmür. Minlərlə məzun müəllim ixtisasını bitirir, amma yüz, iki yüz məzun min bir çətinliklə işə düzələ bilir. Bir soruşan yoxdur ki, ali məktəbi bitirmiş minlərlə məzun işsizdir,bəs növbəti qəbulda yenidən çoxlu sayda müəllimlik ixtisası üzərə tələbə qəbuluna nə ehtiyac var? Məhz məsələnin də qaranlıq tərəfi budur. Qaranlıq tərəfə kim işıq salacaq bax o, bilinmir???
Emil FAİQOĞLU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.