AZ

SEPAH təkzib etdi: Bu hücumu biz etməmişik!

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Voll Strit Jurnal” (Wall Street Journal) qəzetinin məlumatına görə, Ər-Riyaddakı ABŞ səfirliyinə hücum edilib. Biz bu hərəkəti qınayırıq və bəyan edirik ki, bu hadisənin İran silahlı qüvvələri ilə heç bir əlaqəsi yoxdur və sionist düşmənin bölgədəki strategiyası nəzərə alınmaqla, bu hərəkət mütləq sionistlər tərəfindən həyata keçirilib.

Axar.az xəbər verir ki, bu bəyanatı İran İslam İnqilabı keşikçiləri Korpusu (SEPAH) yayıb.

Bildirilib ki, İran silahlı qüvvələrinin hədəfləri əvvəlcədən aydın şəkildə göstərilib və qonşu və müsəlman ölkələrə İsrailin bölgədəki təxribatçı fəaliyyətləri ilə bağlı lazımi xəbərdarlıqlar edilib.

“Qərbi Asiya ölkələrinin Amerika-sionist hərəkatının bölgəni sabitsizləşdirməyə və məhv etməyə yönəlmiş təxribatçı fəaliyyətlərinə qarşı ayıq-sayıq olması vacibdir”, - bəyanatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
6
axar.az

10Mənbələr