AZ

Messi adını daşıyan tribunanı ziyarət etdi: İnanılmazdır

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"

"İnter Mayami"nin kapitanı Lionel Messi komandanın yeni stadionu ilə bağlı təəssüratlarını bölüşüb.

QOL.az-ın klubun saytına istinadən məlumatına görə, həmin stadiondakı tribunalardan birinə 38 yaşlı forvardın adı verilib. Argentinalı futbolçu arenanı və adını daşıyan tribunanı ziyarət edib. 

Messi açıqlamasında stadionun onu heyran etdiyini söyləyib:

"Düzünü desəm, inanılmaz mənzərədir! Yeni stadion mükəmməldir. Bunu komanda ilə yaşamaq həqiqətən xüsusi bir hissdir. Tezliklə klubdakı hər kəs, azarkeşlər və özümüz yeni stadionumuzdan həzz ala biləcəyik. Bu stadionda oynayan istənilən futbolçu həqiqətən şanslı olacaq".

Qeyd edək ki, Messi 2023-cü ildən "İnter Mayami"nin formasını geyinir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
qol.az

2Mənbələr