AZ

Azərbaycanda 2020-ci ildən indiyədək mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA

Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir.

Qeyd edək ki, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.

Azərbaycanda
Seçilən
14
21
apa.az

10Mənbələr