AZ

Kommunal borcu olanların NƏZƏRİNƏ

Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub.

Söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir.

Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı işlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin dayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbii inhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpa edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbul edilir.

Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbul olunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianın predmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığına görə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrik enerjisinin dayandırılmasının qadağan olunması barədə qərardad qüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlı xidmətin göstərilməsini dayandıra bilmir. Bəzi istehlakçıların isə bu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdən yayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitlərinin gecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir.

Məsələn, qazdan istifadəyə görə hesablanmış 5000 manat borcun silinməsi tələbi üzrə belə təminat tədbiri tətbiq edildikdən sonra məhkəmə icraatı zamanı istehlakçının əlavə olaraq 10 min manat yeni borcu yarandığı halda, qərardadda təminat tədbirinin hansı məbləğlə məhdudlaşdığı göstərilmədiyi üçün istehlakçı bundan sui-istifadə edərək yeni yaranmış borcunu da ödəmir. Bu da nəticədə təbii inhisar subyektinin hüquqlarının lüzumsuz və qeyri-mütənasib formada məhdudlaşdırılmasına səbəb olur.

Seçilən
14
16
aznews.az

10Mənbələr