AZ

İki yaşlı uşaq dəm qazından öldü

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iki gün öncə dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.

"Unikal" xəbər verir ki, müayinələrdən sonra evə buraxılan çoxuşaqlı ailənin üzvlərindən birinin qəfil halı pisləşib. 

2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
27
9
unikal.az

10Mənbələr