AZ

Paşinyanın partiyası seçkiqabağı proqramını dərc etdi

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 7 iyun 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinə dair seçkiqabağı proqramını dərc edib.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, partiyanın 2026-2031-ci illər üçün seçkiqabağı proqramı “real Ermənistan” ideologiyasına, həmçinin Ermənistanın iqtisadi və institusional transformasiyası doktrinasına əsaslanır.

Sənəddə Azərbaycan və Ermənistan arasında sülhün daha da institutsionallaşdırılmasının prioritet addımları kimi delimitasiya prosesinin davam etdirilməsi, yekun sülh sazişinin imzalanması, ratifikasiyası və icrasının, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşdırılmasının vacibliyi vurğulanır. 

Proqramda Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük meyarlarına uyğunlaşdırılması üçün zəruri islahatların həyata keçirilməsi qeyd olunub.  

Sənəddə Ermənistan Apostol kilsəsində islahatların aparılmasına ayrıca bölmə həsr edilib. Proqramda hazırkı katolikosun vəzifədən uzaqlaşdırılması, müvəqqəti rəhbərin seçilməsi, yeni nizamnamənin qəbulu və daha sonra kilsənin yeni rəhbərinin seçilməsi təklif olunur.

Sənəddə həmçinin yeni Konstitusiyanın qəbulundan bəhs edilir. 

Sonda “Vətəndaş müqaviləsi” partiyasının 2026-2031-ci illərdə həyata keçirməyi planlaşdırdığı 100 konkret addımdan ibarət siyahı təqdim olunub. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr