AZ

Metrodan istifadə edənlər çoxalıb

Yazını böyüt
Yazını kiçilt

Baharın ilk ayında "Bakı Metropoliteni" QSC sərnişinlərə xidmət göstəricilərini artırıb. Belə ki, mart ayı ərzində metrodan ümumilikdə 18 milyon 269 min 887 nəfər istifadə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artım deməkdir.

QSC-dən hafta.az-a bildirilib ki, ay ərzində ən yüksək sərnişin sıxlığı martın 6-da qeydə alınıb. Həmin gün metropoliten 796 min 734 nəfərə xidmət göstərib.

Bayram günlərində isə paytaxtın mərkəzi istiqamətlərində sərnişin axınında nəzərəçarpacaq artım müşahidə olunub. Xüsusilə martın 21-22-də Sahil metrostansiyası metronun ən işlək stansiyası kimi fərqlənib. Bu stansiyada sərnişin sayı gündəlik orta göstəricidən 51 faiz çox olub.

Eyni zamanda, metropolitenin rəqəmsallaşma istiqamətində həyata keçirdiyi tədbirlər də müsbət nəticələr verir. Belə ki, artıq hər üç sərnişindən biri ödənişlərini təmassız (NFC) texnologiya vasitəsilə həyata keçirir.

Qeyd edək ki, sərnişin axınındakı artım və rəqəmsal xidmətlərin genişlənməsi Bakı Metropoliteni tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yüksəldiyini nümayiş etdirir.

Seçilən
7
13
hafta.az

10Mənbələr