AZ

"ASAN Xidmət" Türkiyədə yaşayan azərbaycanlılara xidmət göstərir - FOTO

Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun binasında Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi məqsədilə qəbul keçirilib.


Baş Konsulluqdan APA-nın Türkiyə bürosuna verilən məlumata görə, səyyar "ASAN xidmət" Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Vətəndaşların istifadə etmək istədiyi xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı Baş Konsulluğunun rəsmi internet səhifəsində yerləşdirilib.

Qəbul zamanı 3 gün ərzində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün 651, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün isə 153 nəfərin qəbulu üçün şərait yaradılıb.

Layihənin gələcəkdə digər xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, qəbul günləri 3-5 aprel tarixlərini əhatə edir.

Seçilən
5
4
apa.az

10Mənbələr