AZ

SON DƏQİQƏ: Zelenski İstanbula gəldi – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparmaq üçün İstanbula gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Bildirilib ki, İstanbulda keçiriləcək görüşdə Ukrayna–Rusiya müharibəsi, Qara dənizdə təhlükəsizlik məsələləri, taxıl dəhlizi və regional təhlükəsizlik mövzuları müzakirə olunacaq.

Qeyd edək ki, İstanbul daha əvvəl də Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi edib və Türkiyə müharibə tərəfləri arasında vasitəçi rolunda çıxış etməyə çalışır.

Seçilən
10
50
nocomment.az

10Mənbələr