AZ

Beynəlxalq axtarışda olan 70 yaşlı qanuni oğru Avropada saxlanıldı

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Monteneqroda kriminal aləmdə “Goço” kimi tanına 70 yaşlı keçmiş “qanuni oğru” Tengiz Dumoyevi Rusiyaya ekstradisiya etməyə hazırlaşır. O, cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur və beynəlxalq axtarışda idi.

Lent.az xəbər verir ki, Monteneqroda yaşayan Goço ilk dəfə Rusiya tərəfinin sorğusu əsasında 5 il əvvəl Podqoritsa hava limanında saxlanılıraq həbs edilib. Həmin vaxt onunla birlikdə yezidi mənşəli iki “qanuni oğru”, Romik və Yura Soçinski də tutulub.

2024-cü ilin avqustunda Goçonun vəkilləri onun müdafiəsinə nail olaraq məhkəmə prosesinin dayandırılmasına və azadlığa buraxılmasına nail olublar.

Lakin bu ilin yanvarında Rusiya Daxili İşlər Nazirliyi yenidən sorğu göndərib. Son məlumatlara görə, Monteneqro tərəfi Dumoyevin yenidən saxlanıldığını və yaxın zamanda ölkədən çıxarılmasının planlaşdırıldığını bildirib.

Məlumata əsasən, Goço sonuncu dəfə 1991-ci ildə Tbilisidə narkotiklərlə bağlı cinayətə görə 3 il həbs cəzası çəkib. Bundan sonra isə Soçidə yaşayıb və bir daha həbs olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
13
lent.az

10Mənbələr