AZ

Türkiyədə güclü zəlzələ gözlənilir? - Mütəxəssis açıqladı

Məşhur türkiyəli zəlzələ üzrə mütəxəssis, seysmoloq Naci Görür bu səhər Van bölgəsində baş vermiş 5.2 bal gücündə zəlzələdən sonra açıqlama verib. O, növbəti zəlzələnin olub-olmayacağına dair fikrini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Vanın Tuşba rayonunda 5.2 bal gücündə zəlzələ Ağrı, Bitlis, İğdır və Hakkaridə də hiss olunub və qısamüddətli çaxnaşmaya səbəb olub.

Naci Görür zəlzələnin Van-Yeşilköşk qırılma xətləri arasında baş verdiyini bildirib və bu bölgənin 7 bal gücünə qədər zəlzələ yarada biləcəyini qeyd edib. Lakin o, həmçinin hazırda daha böyük bir zəlzələnin gözlənilmədiyini də əlavə edib.

Qeyd edək ki, bu gün səhər Türkiyənin Van bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib və dərinliyi 13.24 kilometr olaraq müəyyən edilib.


Telegram kanalımız
Seçilən
41
32
yenisabah.az

10Mənbələr