AZ

İran Rusiyadan yardım istədi – Bəhreynin təklif etdiyi qətnamə ilə bağlı



Tehran Moskvadan Bəhreynin təklif etdiyi BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı qətnaməsinin qəbul edilməsinin qarşısını almağı xahiş edib.

İrandakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, "Biz Rusiyadan Bəhreynin qətnamə layihəsinin qəbul edilməsinə icazə verməməsini xahiş etdik, çünki bu, vəziyyəti daha da çətinləşdirəcək".

"Vzglyad" qəzetinin məlumatına görə, Rusiya, Çin və Fransa BMT-də İrana qarşı hərbi əməliyyatı dəstəkləmək üçün ərəb təşəbbüsünü bloklayıb. Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, Hörmüz boğazı ilə bağlı təklif olunan qətnamə danışıqları pozmaq və ya İrana qarşı təcavüzü haqlı çıxarmaq üçün istifadə edilə bilər.

SAMİRƏ

Seçilən
16
8
baki-xeber.com

10Mənbələr