AZ

Biləsuvarda 26 nəfəri it dişləyib

Yazını böyüt
Yazını kiçilt

Novruz bayramından indiyəcən Biləsuvarda 26 nəfəri it dişləyib.

Hafta.az bildirir ki, bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Bildirilir ki, 20 mart - 3 aprel 2026-cı il tarixləri ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına it dişəlməsi səbəbilə 26 müraciət daxil olub.

"Onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd edilib.

Seçilən
9
25
hafta.az

10Mənbələr