AZ

Orkun Kökçü Kərəm Aktürkoğlunun son anda topa toxunmasına üzüldümü?

''Beşiktaş''ın kapitanı Orkun Kökçü Türkiyə yığmasının dünya çempionatına vəsiqə qazanması, Kosovo ilə matçda Kərəm Aktürkoğlunun son anda topa toxunaraq onun qolunu əlindən alması və qarşıdan gələn ''Fənərbaxça'' ilə derbi haqda açıqlamalar verib. Rumıniyaya qarşı ilk pley-off oyununda gözlənilmədən ehtiyatda qalan istedadı futbolçu bunları deyib: ''Bir qədər yorğunluq var. Çətin həftə oldu. Mühüm iki qarşılaşmadan üzüağ çıxdıq. İstər-istəməz komandanın üzərində böyük təzyiq var idi. 24 ildən sonra dünya çempionatına qatılmaq istəyirdik və bunu bacardıq. Bu uğur mənə əlavə motivasiya verəcək. Montella Rumıniya ilə oyunda seçdiyi ''11-lik''lə bağlı mənimlə söhbət etdi. Planlarını anlatdı. Heç bir problem olmadı. Qərarına hörmətlə yanaşdım. Çünki hər birimizin hədəfi eynidi. Əsas sonda hədəfə çatmaq idi ki, bunu da bacardıq. Oynasam da, oynamasam da, əlimdən gələni etdim. Sonda hər birimiz sevinc dolu anlar yaşadıq. Kosovo ilə qarşılaşmada mənim vurduğum zərbədən sonra Kərəm son anda topa toxundu. Qoldan dərhal sonra aramızda bunu müzakirə etdik. Top qəribə trayektoriya ilə hərəkət edirdi. Ot örtüyü də yaxşı durumda deyildi. Top tullana-tullana gedirdi. Bir anlığa düşündüm ki, bəlkə də Kərəm toxunmasaydı, top dirəyə dəyib qapıya daxil ola bilərdi. Amma bu riskə nə ehtiyac var idi? Həmin anda kimin qol vurması o qədər də önəmli deyildi. Kərəm toxunduqdan sonra yeganə şübhəm onun ofsaydda olub-olmaması ilə bağlı idi. Yalnız bunu soruşdum. Üzülməyimdən söhbət belə gedə bilməz. Derbilər hər zaman çətin olur. Qarşı tərəfdəki rəqib də səviyyəlidi. Hər oyunun öz hekayəsi olur. Kim daha çox istəkli olacaqsa, o da qazanacaq. Komandanın göstərəcəyi performans və mübarizə əzmi çox önəmli olacaq. Bu, iki tərəf üçün də keçərlidi. Qabaqcadan nəsə demək çətindi. Hər birimiz oyunun başlamasını gözləyirik''.

Seçilən
14
26
football-plus.az

10Mənbələr