AZ

Kişilər icazə olmadan xaricə gedə bilməyəcəklər

2026-cı ilin əvvəlindən Almaniyada 17–45 yaş arası kişilərin ölkədən üç aydan artıq müddətə çıxışına qoyulan qadağa qüvvəyə minib.

Aznews.az bu barədə Almaniya KİV-ə istinadən xəbər verir.

Qanuna edilən yenilik uzunmüddətli səfərlərin hamısına şamil olunur — bu, təhsil, iş, hətta səyahət məqsədilə ölkədən çıxış halları üçün də keçərlidir.

Qeyd olunur ki, bu tədbir daimi əsasda tətbiq edilib və əvvəllər deyildiyi kimi hərbi təhdid və ya səfərbərlik rejimi ilə bağlı deyil, sülh dövrünə də aiddir.

Almaniya Müdafiə Nazirliyindən bildiriblər ki, dəyişiklik hakimiyyət orqanlarının çağırışçıların uçotu ilə bağlı dəqiq məlumatlara malik olması zərurəti ilə əlaqədar qəbul edilib. Bununla belə, prosedurun konkret və şəffaf mexanizmi hələ tam təsdiqlənməyib.

Seçilən
29
3
aznews.az

9Mənbələr