AZ

Yaponiyada maral polisə belə “təslim oldu” ANBAAN VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Yaponiyanın Osaka şəhərində iki gün küçələrdə dolaşan və onu yaxalamağa çalışanlardan yayınan maral sonda özü polis bölməsinin ərazisinə gəlib.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli media yayıb.

 

Məlumata görə, heyvan Osaka prefektura polisinin Sekime əlavəsinin ərazisinə sakit şəkildə daxil olub. Daha sonra polis əməkdaşları və şəhər xidmətləri maralı mühasirəyə alaraq yem vasitəsilə qəfəsə salıblar. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Osaka meri Hideyuki Yokoyamanın sözlərinə görə, maral müvəqqəti olaraq şəhərdə heyvanlara nəzarət mərkəzinə köçürülüb.Nara prefekturasının qubernatoru isə bildirib ki, heyvanın Nara parkına qaytarılması planlaşdırılmır və onun Osaka daxilində yerləşdirilməsi nəzərdən keçirilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
50
bizim.media

10Mənbələr