AZ

Qalatasaray səfərdə məğlub oldu

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Super Liqasında XXVIII turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, bu gün liderlərin matçı baş tutub.

"Trabzonspor" "Qalatasaray"ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Paul Onuaçu hesabı açıb.

İkinci yarıda Vilfred Sinqo hesabı bərabərləşdirib. Lakin Çibuke Nvaivu Qara Dəniz təmsilçisinə qələbə qazandıran qolu vurub - 2:1.

Qeyd edək ki, "Qalatasaray" 64 xalla birinci, "Trabzonspor" 63 xalla ikinci pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
20
unikal.az

10Mənbələr