AZ

Bu ölkə 7 il aradan sonra İrandan neft aldı

Hindistan Yaxın Şərqdə artan gərginlik və Hürmüz boğazı üzərindən tədarük axınının pozulması fonunda 7 ildən sonra yenidən İrandan neft idxal etməyə başlayıb.Metbuat.az xəbər verir ki, Hindistan Neft və Təbii Qaz Nazirliyinin sosial media platformasındakı açıqlamasında bildirilib ki, ölkənin neft emalı zavodları xam neftə olan tələbatını müxtəlif mənbələr hesabına qarşılayır və bu çərçivədə İrandan da yenidən tədarük həyata keçirilir. Açıqlamada həmçinin qeyd olunub ki, İran neftinin idxalı zamanı ödənişlə bağlı heç bir maneə yoxdur.Nazirlik vurğulayıb ki, Hindistan xam nefti 40-dan çox ölkədən alır və şirkətlər kommersiya maraqlarına uyğun olaraq müxtəlif regionlardan tədarük mənbələri seçməkdə sərbəstdir.

Xatırladaq ki, Hindistan ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyalar çərçivəsində verilən güzəştləri 2019-cu ildə yeniləməməsindən sonra bu ölkədən neft idxalını dayandırmışdı.

Seçilən
17
47
metbuat.az

10Mənbələr