AZ

İsrail zərbəsi təhlükəsi: Livan Suriya sərhədində fövqəladə təxliyə

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Livan-Suriya sərhədində yerləşən “Masnaa” keçid məntəqəsində İsrailin mümkün hava zərbəsi təhlükəsi səbəbindən sərhəd xidməti əməkdaşlarının təxliyəsinə başlanılıb, Beyrut–Dəməşq magistralı bağlanıb.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Livanın Ümumi Təhlükəsizlik İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin gözlənilən hücumu ilə bağlı siqnaldan sonra sərhəd və gömrük xidmətinin əməkdaşları təcili şəkildə ərazidən çıxarılır.

Məlumata görə, Beyrut–Dəməşq avtomobil yolu “Masnaa” keçid məntəqəsi vasitəsilə hərəkət üçün bağlanıb. Təhlükəsizlik qüvvələri texniki heyətin təxliyəsinə başlayıb, ofislərdəki sənədlər də ərazidən çıxarılır.

Eyni zamanda yük avtomobilləri keçid məntəqəsindən uzaqlaşdırılaraq Raşaya əl-Vadi istiqamətindəki yol ayrıcına yönləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
9
globalinfo.az

10Mənbələr