AZ

Tramp İranda vurulan F-15-in ikinci ekipaj üzvünün xilas edildiyini təsdiqlədi

BAKI, 5 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranda vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşım edib.

O bildirib ki, ABŞ Silahlı Qüvvələri son saatlarda tarixdə ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib.

Onun sözlərinə görə, xilas edilən zabit yüksək rütbəli polkovnikdir və əməliyyat uğurla başa çatıb. ABŞ prezidenti əlavə edib ki, hərbçi yaralansa da, vəziyyəti stabildir və sağalacağı gözlənilir.

Seçilən
24
26
teleqraf.com

10Mənbələr