AZ

Naməlum şəxs avtomobili izdihamın üzərinə sürdü - 15 yaralı var

ABŞ-da keçirilən bayram tədbiri zamanı insident baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters yerli xidmətlərə istinadən  yayıb.

Məlumata görə, Luiziana ştatında Laos Yeni ili münasibətilə təşkil olunan festival yaxınlığında avtomobil insanların üzərinə sürülüb.

İnsident nəticəsində 15 nəfər xəsarət alıb, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb, lakin onun motivi hələlik müəyyən edilməyib.

Bizim.Media
 

Seçilən
6
6
bizim.media

10Mənbələr