AZ

Fudzi vulkanının püskürməsi Yaponiyada elektrik təminatını iflic edə bilər

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaponiyada Fudzi vulkanının püskürməsi nəticəsində yaranacaq kül əsas infrastruktur obyektlərini, o cümlədən ehtiyat generatorları sıradan çıxara bilər.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Aparılan təcrübələr göstərib ki, külün qalınlığı 7 sm-dən çox olduqda generatorların işində problemlər yaranır, 27,5 sm səviyyəsində isə tam dayanma baş verir.

Mütəxəssislər bildirir ki, xırda hissəcikli kül 5-10 sm səviyyəsində belə generatorların sıradan çıxmasına səbəb ola bilər.

Yaponiya hökumətinin hesablamalarına görə, püskürmə halında iki həftə ərzində Tokioda 10 sm-ə qədər kül yığıla bilər. Ümumilikdə isə paytaxta 490 milyon kubmetrədək kül düşə bilər.

Ekspertlər hesab edir ki, nəticədə paytaxt və ətraf ərazilərdə təxminən 400 min ev təsərrüfatı elektrik enerjisiz qala bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
15
apa.az

10Mənbələr