AZ

Çin nüvə silahı üçün gizli obyekt inşa edir - FOTO

Çinin Sıçuan vilayətində yeni nəsil nüvə silahlarının hazırlanması üçün nəzərdə tutulan gizli obyektin tikildiyi iddia olunur.

Moderator.az xəbər verir ki, bu barədə CNN jurnalist araşdırması nəticəsində yazıb.

Araşdırma zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılmış sənədləri və 50-dən çox peyk görüntüsü əsasında məlumat əldə edilib. Bildirilir ki, obyektin tikintisi azı beş il davam edib. Yerli sakinlərin torpaqları dövlət tərəfindən müsadirə olunub, kəndlər isə tamamilə sökülüb.

KİV: Çin nüvə silahı üçün gizli obyekt inşa edir

Kompleksin əsas hissəsini 3 345 kvadratmetr sahəsi olan dəmir-beton günbəz təşkil edir. Qurğu radiasiya nəzarət sistemləri və partlayışa davamlı qapılarla təchiz olunub. Ekspertlərin fikrincə, bu infrastruktur yüksək radioaktiv materialların - uran və plutoniumun saxlanması üçün nəzərdə tutulub.

KİV: Çin nüvə silahı üçün gizli obyekt inşa edir

"906" kimi tanınan obyekt üçqat mühafizə sistemi ilə əhatə olunub və dağ yamacına gedən tunellərlə birləşdirilib. Peyk görüntüləri son illərdə burada yeni binaların və yeraltı qurğuların inşa edildiyini göstərir.

Ekspertlər hazırda Çinin arsenalında 600-dən bir qədər çox nüvə başlığı olduğunu bildirirlər. Onların fikrincə, bu irimiqyaslı tikinti Çinin nüvə proqramında geniş modernizasiya prosesinin getdiyindən xəbər verir.

Seçilən
20
3
moderator.az

10Mənbələr