AZ

Ramiz Məmmədov lideri məğlub etdikləri oyundan nə danışdı?

"Mingəçevir" I Liqanın 20-ci turunda evdə lider "Şəfa" ilə qarşılaşıb. Meydan sahibləri turun mərkəzi oyununda böyük hesablı qələbə qazanıb. 

"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun paytaxt təmsilçisini 5:2 hesabı ilə yendikləri görüşlə bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şəfa" ilə əvvəlki oyunların heç birində xal itirməyə layiq deyildik. İzləyənlər bilir, ilk dövrədə 2:3, ikinci dövrədə 2:2 nəticələnən görüşlərdə başabaş, hətta üstün oynamışdıq. Budəfəki qarşılaşmaya gəlincə, uşaqlar matça əla köklənmişdilər. Hər biri məsuliyyətini başa düşürdü. Tapşırıqları yüz faiz yerinə yetirdilər. Əvəzetmədən oyuna qoşulanlar da ritmə uyğun çıxış etdilər. 
"Mingəçevir" potensialına görə 3-4-cü yerdə olmağa layiq deyil. İtirməməli olduğumuz xalları hesablasaq...  Obyektiv və subyektiv səbəblərdən qışa qədər işlər yolunda getmədi. Mövsümün ilk yarısını demək olar, 14 futbolçu ilə keçirdik. Ancaq bunlar bəhanə olmamalıdır. Sevindiricidir ki, komanda turdan tura ağırlığını orrtaya qoyur. Növbəti oyunlara da eyni məsuliyyətlə hazırlaşacağıq. Heyətdə 4 itki olsa da, maksimum nəticəyə köklənmişik".

Mirağa

Seçilən
20
1
fanat.az

2Mənbələr